"Helsinborq"un baş məşqçisi Henrik Larsson vəzifəsindən istefa verib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, buna səbəb uğursuz çıxışdan sonra çalışdırıcının ünvanına təhqiramiz sözlərin artması olub. Təzyiqlərə tab gətirməyən Larsson cəmi 2 aydı çalışdırdığı "Helsinborq"la vidalaşıb.

Qeyd edək ki, "Helsinborq" Larssonun rəhbərliyi altında cəmi 9 oyun keçirib (2 qələbə, 2 heç-heçə, 5 məğlubiyyət).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest