23 Avqust 2019, 17:55
FUTBOL
"Bavariya" transfer çalışmalarını davam etdirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Münhen klubunun növbəti hədəfi "Espanyol"un yarımmüdafiəçisi Mark Rokadı.
Bundesliqa çempionu 23 yaşlı xavbeki "Lill"ə satılan Renato Sançesə layiqli əvəzləyici hesab edir. Almanlar hələ iyun ayında da Roka ilə maraqlanmış, "Espanyol" 40 milyon avro tələb etmişdi. "Bavariya" indi bonusla birlikdə bu məbləğlə qarşı tərəfin qapısını döyüb.
Almaniya KİV-i keçidin yaxın günlərdə reallaşacağını iddia edib.