"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. O, doğma meydanda 0:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, doğma meydanda 0:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Evdə ilk oyunumuz idi. Azarkeşlərimiz də yaxşı dəstəklədilər. Oyuna ciddi hazırlaşmışdıq. Ancaq təəssüf ki, hakim ilk dəqiqələrdən matçı alt-üst etdi. Rəqib qapıçı qırmızı vərəqə almalıydı, Şəhriyarın epizodu penalti idi. Səhvlər etdik, sistemi dəyişdik, xeyri olmadı. Təəssüf ki, bu gün bizim günümüz deyildi. çempionatın əvvəlidi, səhvlərimiz var. çətin olacağını bilirik. Mübarizə aparacağıq.
 
İlk hissədə pis deyildik. İkinci hissədə irəli atıldıq, 4-lü sistemə keçdik deyə, səhvlər oldu. Müdafiədə istədiyimiz sistem dağılmışdı. Rəqibin əks-hücumlarda güclü olduğunu bilirdik. Bu gün fərdi səhvlərimiz çox oldu. Şəhriyar Əliyevin artıq çəki problemi yoxdu.
 
Penaltini niyə Mehdi Şərifi yerinə yetirmədi? ötən tur 2 qol vurub deyə, penaltini də o vurmalı deyil. 
 
çempionatın əvvəlində rəhbərliklə danışmışıq. Gənclər var, onlara etimad göstərməliyik. Vuruşacağıq. Gələcəkdə bundan yaxşı olacağıq. 
 
Növbəti turda qarşılaşacağımız "Neftçi"də problem görmürəm. Rəqib nə qədər psixoloji durumu pis olsa da, çempionluğa oynayır. Bizim üçün çətin olacaq. Bir həftə vaxtımız var. Məğlubiyyəti unudub, oyuna hazırlaşacağıq. ümidsiz deyiləm. Sadəcə, hər çempionat başlayanda, bizi autsayder olaraq görürlər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest