"Baş məşqçinin A planı hücumda Xulio Sezarın oynması ilə bağlı idi. Ancaq son anda Xulionun oynamamasına görə B planına keçdik. Xulionun fasilədən sonra oyuna çıxmasından sonra düşünürəm ki, özümə lazım olan topları qəbul edə bilirdim"

"Zirə"nin futbolçusu Soni Norde Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, komandasının bərabərlik qolunun müəllifi olan haitili hücumçu matçdan sonra jurnalistlərlə söhbətində öncə bunları söyləyib:
 
- Məncə, bu oyunda çox yaxşı performans sərgilədik. Əsasən də ikinci hissədə üstünlyü ələ aldıq. Bu da başadüşüləndir, çünki hesabda geri idik. Amma ilk hissə barədə eyni sözləri deyə bilmərəm. ümumi götürsək, bu oyunda üç xalı götürməyə layiq idik. Qələbə qazanan tərəf biz olmalı idik.
 
- Nə üçün oyununuz alınmadı?
- Fikrimcə, ilk hissədə topla davaranışda tələsirdik. Buna görə də bəzən çox asan epizodlarda top itkilərinə yol verirdik. Həm də mənim sırf "9 nömrə" kimi oynamağım da müəyyən qədər təsir edirdi ki, ikinci hissədə tam fərqli oldu. Xulio Sezar Rodriges fasilədən sonra ideal hücumçu kimi meydana daxil oldu və bu halda mən də öz oyunumu tapa bilirdim.
 
- İlk hissədə rəqib müdafiəçilərin arasında "itmişdin". Fikrincə, sənə uyğun ötürmələr edilirdi?
- Baş məşqçinin A planı hücumda Xulio Sezarın oynması ilə bağlı idi. Ancaq son anda Xulionun oynamamasına görə B planına keçdik. Xulionun fasilədən sonra oyuna çıxmasından sonra düşünürəm ki, özümə lazım olan topları qəbul edə bilirdim. 
 
- Komandanın matça müdafiədən başlaması oyununuza necə təsir edirdi?
- 5-3-2 taktiki sxemində fikrimcə, topa yiyələnməyin daha yaxşı olmalıdır, əgər müdafiədən hücuma başlayırsansa. Sadəcə, ilk hissədə problemlərdən biri də o idi ki, müdafiəçilərdən biri nisbətən önə çıxmırdı. İkinci hissədə bunun tam əksini gördük. Arxa xətt oyunçularından biri yarımmüdafiəyə meyilli oynayandan sonra topu özümüzdə daha rahat saxlaya bilirdik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest