Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb. Matc.az saytının məlumatına görə, yığmamız AVRO-2020-nin seçmə mərhələsində dördüncü görüşünü keçirib.
Qrupdakı ilk üç matçında rəqiblərinə məğlub olan Nikola Yurçeviçin yetirmələri bu dəfə Uelsin qonağı olub. Komandamız heç vaxt qalib gələ bilmədiyi britaniyalıları büdrətmək və ilk xalını qazanmaq niyyətindəydi.
İlk 3 oyundan ikisində uduzan Uels isə doğma arenasında yığmamıza qalib gələ bilməsəydi, final mərhələsinə vəsiqə şansı minimuma enəcəkdi. Bu səbəbdən Rayan Giqqzin kollektivini yalnız qələbə qane edirdi. Mövsümə yaxşı başlayan Qaret Beylin başçılıq etdiyi hücum xəttinin qarşısını almaq müdafiəçilərimiz üçün çətin görünürdü. Belə də olub. Komandamız səfərdə bu rəqibə qol vurmasına baxmayaraq, sonda məhz Beylin vurduğu qələbə qolu sayəsində meydanı məğlubiyyətlə tərk edib.
AVRO-2020-nin seçmə mərhələsi
E qrupu, V tur
6 sentyabr
Uels – Azərbaycan 2:1
Qol: P.Paşayev, 26-öz qapısına. Q.Beyl, 84 - M.Emreli, 59.
Hakimlər: Farrucia Kann Trustin, Alan Kamilyeri, Luk Portelyi, Alan Mario Sant (hamısı Malta).
Kardiff şəhər stadionu.
1 |
Macarıstan |
4 |
3 |
0 |
1 |
6-4 |
9 |
2 |
Xorvatiya |
4 |
3 |
0 |
1 |
9-4 |
9 |
3 |
Uels |
4 |
2 |
0 |
2 |
4-4 |
6 |
4 |
Slovakiya |
4 |
2 |
0 |
2 |
7-6 |
6 |
5 |
Azərbaycan |
4 |
0 |
0 |
4 |
4-12 |
0 |