"Bavariya"nın mərkəz müdafiəçisi Deotşankyul Upamekano "Real"a transfer olunmağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.

Bildirilir ki, Madrid klubu fransız müdafiəçi ilə şifahi razılıq əldə edib. İspaniya klubu oyunçunun komandasına onun bütün müqavilə şərtlərini qəbul etməyə hazır olduqlarını bildirib.

27 yaşlı fransız futbolçu gələn yay Münhen klubu ilə müqaviləsi başa çatdıqda azad agent ola bilər. Lakin "Bavariya" onu müqaviləsini uzatmağa razı salmağa çalışır.

Bu mövsüm müdafiəçi klubun heyətində bütün yarışlarda 20 oyunda meydana çıxıb və bir qol vurub. "Transfermarkt" portalında Upamekanonun dəyəri 60 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest