"Mançester Yunayted" "Sanderlend"in yarımmüdafiəçisi Noah Sadiki ilə maraqlanır. Lakin 20 yaşlı belçikalı futbolçu "Çelsi"nin də maraq dairəsindədir.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Bildirilir ki, "qırmızı şeytanlar" "Brayton"un yarımmüdafiəçisi Karlos Balebanı transfer edə bilməsələr, Sadikini 2026-cı ilin yayı üçün əsas transfer hədəfi etməyə hazırdırlar.

"Çelsi" nümayəndələri isə "Sanderlend"lə əlaqə saxlayaraq tələb olunan qiyməti müəyyən ediblər. Lakin London klubu Sadikiyə müntəzəm oyun vaxtı vəd edə bilmir.

Qeyd edək ki, bu mövsüm yarımmüdafiəçi İngiltərə Premyer Liqasında 15 oyunda meydana çıxıb, lakin fərqlənə bilməyib. Sadikinin klubla müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 25 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest