06 Sentyabr 2019, 20:59
AVRO-2024
Daha öncə İspaniya "Barselona"sında çıxış edən İvan Rakitiç özünü psixoloji cəhətdən hazır saymadığı üçün millinin heyətindən çıxarılmasını istəmişdi. İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Mateo Kovaçiç isə zədələndiyi üçün komandadan kənarda qalıb.
Xorvatiya millisi Azərbaycan və Slovakiyaya qarşı keçirəcəyi Aç-2020-nin seçmə mərhələ oyunları öncəsi daha bir itki ilə üzləşib. Matc.az Xorvatiya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmanın futbolçusu Tin Yedvay hər iki qarşılaşmanı buraxacaq.
Buna Almaniya "Bayer"ində (Leverkuzen) çıxış edən müdafiəçinin zədələnməsi səbəb olub. Bu üzdən o, yığmanın heyətindən çıxarılıb.
Qeyd edək ki, daha öncə İspaniya "Barselona"sında çıxış edən İvan Rakitiç özünü psixoloji cəhətdən hazır saymadığı üçün millinin heyətindən çıxarılmasını istəmişdi. İngiltərənin "çelsi" klubunun yarımmüdafiəçisi Mateo Kovaçiç isə zədələndiyi üçün komandadan kənarda qalıb.
Xorvatiya yığması bu gün Slovakiyanın, sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq.