Bu sözləri Xorvatiya yığmasının futbolçusu Domaqoy Vida deyib. 30 yaşlı müdafiəçi bu gün təşkil edilən mətbuat konfransında AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək səfər görüşünü dəyərləndirib

"Bu oyuna hazırlaşmaq üçün çox vaxtımız olmayıb". Matc.az saytı xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının futbolçusu Domaqoy Vida deyib.

30 yaşlı müdafiəçi bu gün təşkil edilən mətbuat konfransında AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək səfər görüşünü dəyərləndirib.

Vida onları çətin oyunun gözlədiyini vurğulayıb: "Bura dünən gəlmişik. Bu gün də məşqimiz olacaq. Buna baxmayaraq, məqsədimiz qələbə qazanmaqdı".
 
- Bir neçə il əvvəl bu komanda ilə qarşılaşmısınız. Azərbaycan yığması haqda nə deyə bilərsiniz?
- Bəli, həmin vaxt 0:0 olmuşdu. Zaqrebdə də bizə çətinlik yaratmışdılar. Rəqibin xalının olmaması onların real gücünü göstərmir. Yaxşı futbolçulardan qurulmuş komandadı. Yaxşı oyunçuları var. Sabah maksimum gücümüzü ortaya qoymalıyıq. Uels və Slovakiyaya qarşı oyundakı kimi çıxış etsək, istəyimizə çatacağımıza ümid edirəm.
 
- Sabah Azərbaycanın qələbəsi sürpriz ola bilərmi?
- Hazırda dünya reytinqində ikinci yerdəyik. Favoritik, qalib gəlmək istəyirik. Rəqibə hörmətlə yanaşırıq. Slovakiya ilə oyundakı performansın üzərinə bir az da əlavə etsək, qələbə qazana bilərik.
 
- Slovakiyaya qarşı performans dünya çempionatından sonrakı ən yaxşı oyununuz idi. Bununla razısız?
- Bəli, razıyam. Amma sabah da bizi vacib oyun gözləyir. Baş məşqçi futbolçuları sabahkı görüşə hazırlaşdırır. çünki keçmişi artıq düşünmürük.
 
- Yəqin ki, Azərbaycan millisinin Uelslə son oyununu izləmisiniz. Rəqibin hansı oyunçularını fərqləndirə bilərsiniz?
- Açığı, oyunu tam izləməmişik. Rəqibin hücumdakı və müdafiədəki davranışlarını analiz etmişik. Azərbaycan millisinin bəxti gətirmədi. Amma biz öz oyunumuza köklənmişik. Qələbə üçün də vacib olan budu.
 
- Avropa çempionatının bir neçə oyunu Bakıda olacaq. Final mərhələsində qrup matçlarını burda keçirmək istərdinizmi?
- Hələ ora çox vaxt var. Hələ görəcəyimiz işlər çoxdu. Bakı gözəl şəhərdi. İlk növbədə sabah 3 xal qazanmalıyıq. Sonra final mərhələsinə vəsiqə barədə düşünməliyik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest