"Baş məşqçi söz verdi ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik. İki gün əvvəl oyun keçirsək belə, Xorvatiyanın adının gəlməsi bizim üçün əlavə motivasiyadı. İlk görüşdə yaxşı sensasiya edə bilərdik. Niyə də bunu evdə etməyək?"

"Bizi maraqlı oyun gözləyir". Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin hücumçusu Mahir Emreli deyib.
 
Komandamız AVRO-2020-nin seçmə mərhələsində sabah Xorvatiya yığmasını qəbul edəcək.
 
22 yaşlı futbolçu oyunöncəsi mətbuat konfransında fikirləni bölüşüb: "Rəqibin gücü bəllidi. Bu özü bizim üçün motivasiya olmalıdı. Xorvatiya kimi böyük komanda ilə qarşılaşacağıq. Həm də xalımız yoxdu. Sabah ən yaxşısını edib, xal qazanmağa çalışacağıq".
 
Emreli sensasiya etmək niyyətində olduqlarını əlavə edib: "Baş məşqçi söz verdi ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik. İki gün əvvəl oyun keçirsək belə, Xorvatiyanın adının gəlməsi bizim üçün əlavə motivasiyadı. İlk görüşdə yaxşı sensasiya edə bilərdik. Niyə də bunu evdə etməyək? ümid edirəm ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik. Qələbə qazananda hamı necə sevinirsə, uduzanda da tənqidlər başa düşüləndi. Xorvatiya və Uelslə oyunlarda bəxtimiz gətirmədi. Macarıstanla matçı da bura əlavə edə bilərəm. Erkən qollar buraxmağımız bizə pis təsir etdi. Yalnız Slovakiya ilə görüş istisnadı. Rəqibin yaxşı günü idi".
 
Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Xorvatiya matçı 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest