Futbol üzrə İngiltərə yığması itki ilə üzləşib. Matc.az xəbər verir ki, "Mançester Yunayted"in formasını geyinən Cessi Linqard infeksiyaya yoluxduğu üçün ötən gün Aç-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Bolqarıstanla ev oyununda (4:0) iştirak etməyib. 
 
İngiltərə yığması sentyabrın 10-da doğma meydanda Kosovo ilə qarşılaşacaq. Linqard həmin qarşılaşmada da iştirak edə bilməyəcək. çünki məşqçilər korpusunun qərarına əsasən o, millinin düşərgəsindən ayrılıb və klubuna qayıdıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest