"Uels - Azərbaycan matçının ən yaddaqalan məqamlarından biri dünyanın ən sürətli oyunçulardan biri ilə "Dinamo"nun forvardı arasında sürət yarışması oldu. 63-cü dəqiqədə Ramil Şeydayev sol cinahda topla irəliləyərkən sürətdə Qaret Beyldən üstün oldu".

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində Uelslə səfər oyunu Rusiya mətbuatının diqqətini cəlb edib. Matc.az saytı xəbər verir ki, şimal qonşularımızı, xüsusən də, bir epizod heyrətləndirib.

Belə ki, qarşılaşmanın 63-cü dəqiqəsində Moskva "Dinamo"sunun formasını geyinən Ramil Şeydayevin rəqibin kapitanı Qaret Beyli sürətdə qabaqlaması hər kəs kimi, rusları da təəccübləndirib: "Uels - Azərbaycan matçının ən yaddaqalan məqamlarından biri dünyanın ən sürətli oyunçulardan biri ilə "Dinamo"nun forvardı arasında sürət yarışması oldu. 63-cü dəqiqədə Ramil Şeydayev sol cinahda topla irəliləyərkən sürətdə Qaret Beyldən üstün oldu. Yerli azarkeşlər də bu epizoddan sonra Şeydayevi ayaqda alqışladılar".

Qed edək ki, Uels - Azərbaycan görüşü ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest