"Slovakiya üzərində qələbəni ailəmə həsr edirəm. Belə vacib görüşdə qol vurmaq çox xoş hissdi. Bu matçı mümkün qədər tez unutmalıyıq. Çünki artıq Azərbaycan bizi gözləyir. Bəlkə də, seçmə mərhələdə ən yaxşı oyunumuzu Slovakiyaya qarşı göstərdik".

"Slovakiya üzərində qələbəni ailəmə həsr edirəm. Belə vacib görüşdə qol vurmaq çox xoş hissdi". Matc.az xəbər verir ki, bunu Xorvatiya yığmasının futbolçusu Bruno Petkoviç deyib.

25 yaşlı hücumçu yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçiriləcək oyun haqda danışıb.

Slovakiya ilə qarşılaşmada 4:0 hesablı qələbəyə 1 qolla töhfə verən Zaqreb "Dinamo"sunun üzvü ardını gətirmək istədiklərini vurğulayıb: "Bu matçı mümkün qədər tez unutmalıyıq. çünki artıq Azərbaycan bizi gözləyir. Bəlkə də, seçmə mərhələdə ən yaxşı oyunumuzu Slovakiyaya qarşı göstərdik. Bunu Bakıda da təkrarlamaq və aktivimizə növbəti 3 xalı yazdırmaq istəyirik".

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest