"Xorvatlar Azərbaycanı problemsiz məğlub etməlidi. Ondan sonra Macarıstanla oyun əsl tamaşa olacaq. Macarlardan alınacaq revanş var. Ümid edirəm ki, Nikolanın da köməyilə bunu bacaracaqlar. Bu komanda hər bir rəqibə 5-6 qol vurmaq iqtidarındadı".

"Nikola adətən geridən top almalı olurdu. çünki arxasında keyfiyyətli oyunçular olmurdu. Amma indi Brozoviç, Modriç kimi dünya ulduzları onu topla təmin edir". Matc.az saytının məlumatına görə, bunu Xorvatiya millisinin yarımmüdafiəçisi Nikola Vlaşiçin atası Yoşko Vlaşiç deyib.

Xorvatiyanın atletika yığmasının baş məşqçisi futbol millisinin AVRO-2020-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirib. Keçmiş atlet onlar üçün Macarıstanla matçın həlledici olacağını düşünür.

63 yaşlı Vlaşiç millimizlə oyundan qələbə gözlədiyini söyləyib: "Xorvatlar Azərbaycanı problemsiz məğlub etməlidi. Ondan sonra Macarıstanla oyun əsl tamaşa olacaq. Macarlardan alınacaq revanş var. ümid edirəm ki, Nikolanın da köməyilə bunu bacaracaqlar. Bu komanda hər bir rəqibə 5-6 qol vurmaq iqtidarındadı. Macarlar üzərində 2 qollu qalibiyyət də kifayət edəcək".

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest