Nazarov Xorvatiya ilə bu gün keçiriləcək matça da toxunub: "Dövlət himni səslənəndə, tüklərim biz-biz olur. Çətin oyun olacaq. İkinci divizion oyunçusu olaraq Luka Modriç və ya İvan Perişiçlə nə vaxt qarşılaşırsan ki?".

"Uelsdə iki qəribə qol buraxdıq. Xüsusən də, öz qapımıza vurduğumuz top üzücü oldu". Matc.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov deyib.

"Aue"nin oyunçusu Almaniyada tag24.de saytına açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində Uelslə Kardiffdə (1:2) keçirilən oyunu dəyərləndirib. 29 yaşlı orta sahə oyunçusu rəqibin kapitanı Qaret Beyllə formasını dəyişməsinə aydınlıq gətirib: "Beyl oyundan sonra yanıma gəldi, çıxışımızı təriflədi və formalarımızı dəyişmək istəyib-istəməməyimi soruşdu".

Nazarov Xorvatiya ilə bu gün keçiriləcək matça da toxunub: "Dövlət himni səslənəndə, tüklərim biz-biz olur. çətin oyun olacaq. İkinci divizion oyunçusu olaraq Luka Modriç və ya İvan Perişiçlə nə vaxt qarşılaşırsan ki?".

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Xorvatiya oyunu saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest