Aç-2020-nin seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşacaq Almaniya millisi daha bir ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, yarımmüdafiəçi İlkay Gündoğanın səhhətində problem yaranıb. 
 
Soyuqdəymədən əziyyət çəkən futbolçu artıq Belfastı tərk edib və formasını geyindiyi "Mançester Siti" klubunun düşərgəsinə qayıdıb.
 
Xatırladaq ki, Almaniya yığmasında daha öncə Dortmund "Borussiya"sının formasını geyinən müdafiəçi Niko Şults zədələnərək millidən ayrılmaq məcburiyyətində qalmışdı.
 
Almaniya millisi Aç-2020-nin seçmə mərhələsinin 6-cı turunda bu gün səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest