09 Sentyabr 2019, 22:25
AVRO-2024
"Rəqibi təbrik edirəm". Bunu Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç deyib. Son dünya çempionatının gümüş mükafatçıları AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində səfərdə Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə edib. Oyunsonrası mətbuat konfransında 53 yaşlı mütəxəssisin bərabərlik şərhi belə olub
"Rəqibi təbrik edirəm". Matc.az saytının məlumatına görə, bunu Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç deyib.
Son dünya çempionatının gümüş mükafatçıları AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində səfərdə Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə edib.
Oyunsonrası mətbuat konfransında 53 yaşlı mütəxəssisin bərabərlik şərhi belə olub: "Oyuna yaxşı başladıq. Kifayət qədər şanslarımız oldu, erkən qol da vurduq. Amma rəqibin qapıçısı əla oynadı. Hissənin sonlarında futbolçularımız həyəcanlı göründülər. İkinci hissədə Azərbaycan azarkeşlərin də dəstəyi ilə yaxşı çıxış edib, bərabərlik qolunu vurdu. Nəticə məyusedicidi. Amma bunu unudub, növbəti matçlara hazırlaşmalıyıq".
- Ante Rebiçin çıxışını necə dəyərləndirərdiniz? Erkən əvəzləmə edə bilməzdiniz?
- Tez dəyişikliklər etsəydim, bəlkə də, başqa cür olardı. Rebiçin iki qol şansı var idi, istifadə edə bilmədi. Əvəz etmək istəmədim, əksinə, ona inandığımı göstərdim.
- Rakitiçin yoxluğu barədə nə deyə bilərsiniz?
- Rakitiç əla futbolçudu. Tezliklə yığmaya qatılacaq.
- Azərbaycanlı futblolçuların legioner həyatı yaşamaması sizi təəccübləndirirmi?
- Onlar yəqin ki, burda xoşbəxtdilər ki, getmək istəmirlər. Azərbaycan yığması çox yaxşı komandadı, ilk oyunda da yaxşı təsir bağışlamışdı. Slovakiyaya qarşı belə motivasiyada çıxış etməmişdilər. Necə olub ki, digər komandalardan xal almayıblar, bunu anlaya bilmirəm.
- Dörd il əvvəl də burda qələbə qazana bilməmişdiniz. "Bakcell Arena"nı sizin üçün cəhənnəm saymaq olarmı?
- Buranı cəhənnəm adlandırmazdım. Sadəcə, şanslardan istifadə edib, qollar vurmaq lazımdı.