"Əla oyun keçirdik, penaltidən hesabı da açdıq. Bir neçə yüzfaizlik qol imkanımız da oldu". Bunu Xorvatiya millisinin futbolçusu Domaqoy Vida deyib

"Əla oyun keçirdik, penaltidən hesabı da açdıq. Bir neçə yüzfaizlik qol imkanımız da oldu". Matc.az saytının məlumatına görə, bunu Xorvatiya millisinin futbolçusu Domaqoy Vida deyib.
 
Təcrübəli müdafiəçi AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla Bakıdakı görüşü barədə fikirlərini açıqlayıb. O, 1:1 hesablı heç-heçəyə münasibət bildirib: "Sonra oyunumuzda eniş yarandı və yaxşı heç nə edə bilmədik. Layiqli heç-heçə qeydə alındı. Bundan faciə düzəltməyək. Biz həmişə ağır yolla getmişik, yenə belə edərik. Azarkeşlərə bura qədər gəlib dəstəklədikləri üçün təşəkkür edir, onlardan üzr istəyirəm. Macarıstanla oyunda bəraət qazanmağa çalışacağıq".
 
Vida bildirib ki, üç gün öncə Slovakiya ilə görüşdəki 4:0 hesablı qələbə də mümkün idi: "İkinci qolu vursaydıq, Slovakiyadakı nəticə təkrarlanardı. Futbol bir anda hər şeyin dəyişməsi ilə maraqlıdır. Bilirdik ki, asan olmayacaq. Digər görüşlərin nəticələri bizi maraqlandırmır. özümüz formada və zədəsiz olmaılı və qələbələri sıralamalıyıq. Macarısranla görüşdə bizi qələbədən başqa heç nə maraqlandırmır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest