Futbol üzrə Azərbaycan milli komandası ciddi itkilərlə üzləşib. Matc.az xəbər verir ki, yığmamızın üç futbolçusu Aç-2020-nin seçmə mərhələsinin növbəti oyununu buraxacaq.
 
Bunlar milliləşən legionerlər Anton Krivotsyukla Dmitri Nazarov, həmçinin kapitan Maksim Medvedevdi.
 
Onlar E qrupunun 6-cı turu çərçivəsində keçirilən Xorvatiya ilə ev görüşündə sarı vərəqə aldıqları üçün bu durumla üzləşiblər. "üçlük" seçmə mərhələdə 3-cü dəfə xəbərdarlıqla cəzalanıb.
 
Bunadək Krivotsyuk Slovakiya ilə ev, Uelslə səfər, Medvedev Xorvatiya ilə səfər, Macarıstanla ev, Nazarov isə Macarıstanla ev, Uelslə səfər görüşlərində cəzalanmışdı.
 
Bu üç oyunçu oktyabrın 13-də Macarıstana qarşı keçiriləcək matçı buraxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest