10 Sentyabr 2019, 00:37
AVRO-2024
Futbol üzrə Azərbaycan milli komandası Aç-2020-nin seçmə mərhələsindəki 5-ci oyununda Xorvatiya ilə heç-heçə edib. Matc.az xəbər verir ki, 1:1 hesablı bərabərlik yığmamızın məğlubiyyət seriyasına son qoyub.
Komanda bunadək rəsmi turnirlərdə son xalını Millətlər Liqasında əldə etmişdi. 2018-ci noyabrın 17-də Bakı Olimpiya Stadionunda Farer adalarına 2 cavabsız qol vuran milli 296 gündən sonra xal sevinci yaşayıb.
Bu müddətdə futbolçularımız 5 məğlubiyyət alıblar. Millətlər Liqasında Kosovoya 0:4, Aç-2020-nin seçmə mərhələsində Xorvatiya və Uelsə eyni – 1:2, Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə uduzan komanda "Bakcell Arena"da azarkeşlərini sevindirə bilib.
Millətlər Liqası deyil, yalnız seçmə mərhələləri nəzərə alsaq, qələbəsizlik daha uzun sürüb. 2017-ci il sentyabrın 5-də San-Marinonu 5:1 hesabı ilə yenən yığma 734 gündən sonra qalib gəlib. Məğlubiyyət seriyası isə 6 oyuna bərabər olub. Dünya çempionatının seçmə mərhələsinin son iki görüşündə çexiyaya 1:2, Almaniyaya 1:5 hesabı ilə məğlubiyyət acısı yaşanıb. (APA)