"Komandamız oyuna yaxşı başladı. Ancaq fasiləyə qədər 2 və ya 3 top vurmaq lazım idi. Çünki saysız-hesabsız qol vəziyyətlərimiz yaranırdı. Təəssüf ki, bunları dəyərləndirə bilmədik".

"Hələ heç nə itirməmişik. Bir qədər nəfəs alıb, davam etmək lazımdı". Matc.az saytının məlumatına görə, bunu Zaqreb "Dinamo"sunun baş məşqçisi Nenad Belitsa deyib.

48 yaşlı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan - Xorvatiya oyununu dəyərləndirib.

O, 1:1 hesabının ürəklərincə olmadığını vurğulayıb: "Komandamız oyuna yaxşı başladı. Ancaq fasiləyə qədər 2 və ya 3 top vurmaq lazım idi. çünki saysız-hesabsız qol vəziyyətlərimiz yaranırdı. Təəssüf ki, bunları dəyərləndirə bilmədik. Bunu edə bilsəydilər, oyun Slovakiyadakı ssenari üzrə gedəcəkdi. Bakıda yalnız birinci hissə Trnavadakı qarşılaşma səviyyəsində keçdi. Futbol elədi ki, rəqib özünə gəlir və əlinə düşən 1-2 qol vəziyyətindən yararlanmağı bacarır. 1 xaldan razı qala bilmərik. çünki xalı olmayan komandadan daha güclüyük".

Belitsa millimizin qapıçısı Emil Balayevin çıxışını xüsusi fərqləndirib: "Rəqibin qapıçısının çıxışını vurğulamaq lazımdı. O, əla oynadı və komandasına oksigen verdi. Komandamız birinci hissədə çox güc sərf etdi. Hadisələrin gedişi qələbə qazanacağımızdan xəbər verirdi. Amma Azərbaycan iki sürətli oyunçu meydana buraxdı ki, bu, bizi narahat etdi. Hesab 0:1 davam etdikcə onlar da bərabərlik topu üçün şans axtarmağa başladılar və biz onlara bu imkanı verdik. İkinci hissədə xətlər arasında əlaqə pozuldu, cinahların Modriçlə Brozoviçə dəstəyi azaldı. Nəticənin real olduğunu deyə bilmərəm. Amma bir tərəfdən meydan sahiblərinin ikinci qol üçün də şansları oldu. Bu baxımdan yekuna görə sevinməliyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest