AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Xorvatiya oyununda maraqlı hadisə yaşanıb. Matc.az saytının məlumatına görə, qarşılaşmanı izləyən qonaq komandanın azarkeşlərindən biri diqqət çəkən addıma əl atıb.

Belə ki, görüşün 11-ci dəqiqəsində Luka Modriçin hesabı açmasından sonra fanat özü ilə gətirdiyi Dağıstanın milli papağını başına taxıb. Xorvatiya mətbuatı da bunu "Bakcell Arena"da görünən "Həbib Nurməhəmmədov" yazısı kimi qələmə verib. çünki UFC üzrə yüngül çəkili çempion Həbib Nurməhəmmədov hər döyüşdən əvvəl milli papaqla rinqə çıxır.

Qeyd edək ki, Azərbaycan - Xorvatiya oyunu 1:1 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest