"Barselona" La Liqanın növbəti turunda "Valensiya" ilə keçirəcəyi oyunun hazırlığını davam etdirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu tam heyətlə məşq edə bilmir.

Hücumçular Lionel Messi və Luis Suares komandanın bugünkü məşqində iştirak etməyib. Halbuki onların həftəsonu məşqçilər korpusunun ixtiyarında olacağı deyilirdi. İspaniya millisindən qayıdan Xordi Alba və Serxio Buskets isə kollektivə qoşulub.

Qeyd edək ki, "Barselona" - "Valensiya" oyunu sentyabrın 14-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest