AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə səfər oyunu Xorvatiya yığmasının yarımmüdafiəçisi İvan Perişiç üçün əlamətdar olub. Ulduz futbolçu komandasının heyətində 83-cü oyununa çıxıb.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə səfər oyunu Xorvatiya yığmasının yarımmüdafiəçisi İvan Perişiç üçün əlamətdar olub. Matc.az saytının məlumatına görə, ulduz futbolçu komandasının heyətində 83-cü oyununa çıxıb.

Bununla Perişiç hazırda "Bavariya"nı çalışdıran Niko Kovaça çatıb və millidə ən çox oyun keçirənlərin siyahısında ilk "10-luğ"a düşüb. Bu baxımdan rekord Dario Srnaya məxsusdu. Bu il karyerasını başa vuran sabiq cinah müdafiəçisi "damalılar"ın heyətində 134 görüşdə meydana çıxıb.

Qeyd edək ki, "Bakcell Arena"da keçirilən Azərbaycan - Xorvatiya oyunu 1:1 hesabı ilə başa çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest