"Seçmə mərhələdə əsas rəqiblərimizin hamısının məğlub etdiyi komanda ilə heç-heçə bizi üzdü. Halbuki oyuna möhtəşəm başladıq, əla 30 dəqiqə keçirdik. Həmin yarım saatı üç gün əvvəl Slovakiyaya qarşı Trnavadakı oyun kimi keçirdik".

"Macarıstanla növbəti oyunda mütləq qələbə qazanmalıyıq. Vəziyyətdən asılı olaraq, digər matçlara da eyni məqsədlə çıxacağıq". Matc.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç deyib.

Son dünya çempionatının finalçısı AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə Bakıda bərabərə qalıb - 1:1.

Oyunla bağlı yerli mətbuata danışan Daliç heç-heçəyə görə yalnız özünü günahlandırıb: "Seçmə mərhələdə əsas rəqiblərimizin hamısının məğlub etdiyi komanda ilə heç-heçə bizi üzdü. Halbuki oyuna möhtəşəm başladıq, əla 30 dəqiqə keçirdik. Həmin yarım saatı üç gün əvvəl Slovakiyaya qarşı Trnavadakı oyun kimi keçirdik. Ardıcıl bir neçə qol şansını qaçırdıq. Rəqib qapıçısının qurtarışları komandamızda əsəbilik yaratdı. Buna görə də ikinci hissəni eyni tempdə keçirə bilmədik. Vəziyyəti başa düşdüyüm üçün fasilədə futbolçularla söhbətim oldu. Amma onları da günahlandıra bilmərəm. O ana görə bacarıqlarını ortaya qoydular. Günahlandıracağım yeganə şəxs özüməm. Bakıdakı heç-heçənin planda və gözləntilərdə heç bir dəyişikliyə yol açmayacağına əmin ola bilərsiniz".

Qeyd edək ki, Xorvatiya yığması 10 xalla E qrupuna liderlik edir. Azərbaycan millisinin aktivində isə cəmi 1 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest