"Real" "Renn"in mərkəz müdafiəçisi Jeremi Jaketi yaxından izləyir. Klub dəfələrlə 20 yaşlı futbolçunu müşahidə etmək üçün skautlar göndərib.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

Bildirilir ki, "Real" Jaketin potensial transferinin klubun gənc istedadları cəlb etmək siyasətinə tam uyğun gəldiyi qənaətindədir.

Bu mövsüm Jaket Liqa 1-də 15 oyunda meydana çıxıb, lakin fərqlənməyib. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 12 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest