AVRO-2020-nin seçmə mərhələsində Kosovo ilə keçirilən oyun İngiltərə yığmasının yarımmüdafiəçisi Ceydon Sanço üçün əlamətdar olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc oyunçu dubla imza atıb.

Komandasının 5:3 hesablı qələbəsinə 2 topla töhfə verən Sanço bununla yığmasının tarixinə düşüb. Belə ki, Dortmund "Borussiya"sının üzvü 2000-ci ildə və daha sonra anadan olanlar arasında İngiltərə millisinin heyətində qol vuran ilk futbolçu olub.

Qeyd edək ki, İngiltərə yığması 12 xalla A qrupuna başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest