Uels millisinin futbolçuları nümunəvi addımla diqqət çəkib. Britaniyalılar serebral iflicdən əziyyət çəkən 8 yaşlı Tristan Birdə maliyyə yardımı göstəriblər. Uels - Azərbaycan oyunundan əvvəl Tristan sosial şəbəkə vasitəsilə sağalması üçün yardım istəyib.

Uels millisinin futbolçuları nümunəvi addımla diqqət çəkib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, britaniyalılar serebral iflicdən əziyyət çəkən 8 yaşlı Tristan Birdə maliyyə yardımı göstəriblər.

AVRO-2020-nin seçmə mərhələsində keçirilən Uels - Azərbaycan oyunundan əvvəl Tristan sosial şəbəkə vasitəsilə sağalması üçün yardım istəyib. Bu isə uelsli futbolçuların diqqətini çəkib. Balaca azarkeşin əməliyyat olunması və əvvəlki sağlamlığına qovuşması üçün 40 min funt-sterlinq lazım idi. Uels millisinin oyunçuları isə Azərbaycan üzərində qazanılan qələbəyə görə ayrılmış mükafatı Tristana vermək qərarına gəlib. Bu da lazım olan məbləğin yığılmasına səbəb olub. Yeniyetmənin valideyni onun Bristolda əməliyyat ediləcəyini açıqlayıb.

Qeyd edək ki, sentyabrın 6-da Kardiffdə keçirilən Uels - Azərbaycan matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest