21 Sentyabr 2019, 19:54
MPL
"Sabah"ın məşqçisi Rövşən Babayev Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:1 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
"Rəqib komandanı təbrik edirik. Təbii ki, bizdə alınmadı. Hava şəraiti də öz sözünü dedi. çalışacağıq ki, bu vəziyyəti düzəldək. Bizdə hücumda çatışmazlıq var. Hiss olunur ki, istəklərimizə nail ola bilmirik. Hücumçularımızın problemi odu ki, gücləri çatmır. İqor Ponomaryova görüşməmişik. Görüşüb, danışmaq lazımdı. Komandada nə baş verdiyini bilirik".