21 Sentyabr 2019, 20:01
MPL
"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 5-ci turunda "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
"Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm, bizi tək buraxmadılar. Onlara ehtiyacımız var idi. Bu gün bəlkə də tam başqa yerdə olmalıydıq. Haqsızlıqlar olurdu. Komandam qorxmurdu, onlarda istəyi görürdüm. Hava şəraitinə baxmayaraq, komanda istəkli idi. Elə komandayıq ki, bizə çətin olacaq çempionat. Şərt qoyulub ki, gənclərə şans vermək lazımdı. Digər komandalar kimi bizim çox oyunçu arasında seçim etmək imkanımız yoxdu. İstəyirəm ki, sona qədər mübarizə aparan komanda yaradaq. Məğlubiyyət də, heç-heçə də ola bilərdi. Bundan əvvəlki oyunlarda - "Səbail", "Neftçi" oyunlarında ilk hissədə qol vursaq da, sonda uduzmuşduq. Ancaq bu gün ikinci hissədə daha yaxşı oynadıq. Rəqibi öndə qarşılayırdıq. 10 nəfərlə oynamaq da asan deyil. Ancaq bu gün yaxşı mübarizə apardıq".