22 Sentyabr 2019, 20:00
MPL
"Neftçi" futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "Keşlə" ilə qarşılaşır. Matc.az xəbər verir ki, cari mövsümdə uğursuz çıxışı ilə diqqət mərkəzində olan "ağ-qaralar" bu oyunda da qələbəsiz qalmağa çox yaxın görünür.
Belə ki, 34-cü dəqiqədə yeni transfer Donald Gerye ardıcıl sarı vərəqələr səbəbindən meydandan qovulub. Bu üzdən də "Keşlə" meydan sahiblərini daha çox müdafiədən oynamağa məcbur edir. Bu isə onsuz da rəhbərlikdən, məşqçilər korpusundan narazı olan "ağ-qaralı" tərəfdarların qəzəbini artırır. Belə ki, matçın sonları yaxınlaşdıqca arenaya təşrif buyurmuş "Neftçi" fanatları baş məşqçi Roberto Bordini, xüsusilə klub prezidenti Kamran Quliyevi istefaya səsləyən şüarlar səsləndirirlər.
Qeyd edək ki, "Neftçi"nin azarkeşləri əvvəlki oyunlarda da Bordinlə Quliyevi istefaya səsləyiblər.