Premyer Liqanın V turunda "Keşlə"ni qəbul edən "Neftçi"nin düşərgəsində insident baş verib. Görüşün 34-cü dəqiqəsində "ağ-qaralar"ın sol cinah müdafiəçisi Donald Gerye ikinci dəfə sarı vərəqə alaraq meydandan qovulub

Premyer Liqanın V turunda "Keşlə"ni qəbul edən "Neftçi"nin düşərgəsində insident baş verib. Matc.az xəbər verir ki, görüşün 34-cü dəqiqəsində "ağ-qaralar"ın sol cinah müdafiəçisi Donald Gerye ikinci dəfə sarı vərəqə alaraq meydandan qovulub. 
 
Bu zaman baş məşqçi Roberto Bordin dördüncü müdafiəçi qismində Dario Federikonun yerinə meydana ömər Buludovu buraxıb.
 
Braziliyalı hücumçu isə ehtiyat oyunçular skamiyasına gələrək əvəzlənməsinə görə italiyalı mütəxəssisə sərt şəkildə etiraz edib. Bu zaman onların arasında mübahisə olub. Köməkçi məşqçilərin müdaxiləsindən sonra tərəflər sakitləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest