22 Sentyabr 2019, 20:35
MPL
Azərbaycan Premyer Liqasında V turun "Neftçi" - "Keşlə" (0:0) matçından sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə görüş barədə fikirlərini bildirib
Azərbaycan Premyer Liqasında V turun "Neftçi" – "Keşlə" (0:0) matçından sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirib:
- Komandama təşəkkür edirəm, baxımlı futbol oynadıq. Qol vurmasaq da, istədiyim oyunun çox hissəsini gördüm. Məğlub da ola bilərdik. Ədalətli nəticədi. Futbolda bəzən yaxşı oynayıb, uduza da bilirsən. Bəzi məqamlar məni narahat edir. Xüsusən də, orta xətdə. Turalın bir qədər zəif çıxışı məni narahat edir. Bizi qarşıda daha ağır oyunlar gözləyir. Bu cür çıxışın davamını gətirmək lazımdı.
- "Neftçi" kimi rəqibdən 1 xal almaq uğurdu, yoxsa azlıqda qalan rəqiblə heç-heçə uğursuzluq?
- 1 xal qazanılıbsa, deməli, belə olmalı idi. O qədər olub ki, azlıqda qalan komanda qalib gəlib. Futbolçuların üzərində çox təzyiqlər var idi. Rəqib azlıqda qalsa da, uduza bilərdik. Komandanın 80 faizini dəyişmişik. Oyundan-oyuna daha baxımlıq çıxış edirik. Rəqib 11 nəfərlə oynasaydı, bəlkə də, qalib gələcəkdik.
- Ehtiyat qüvvə çox azdı. Kənarda sonradan meydana çıxıb, oyunu dəyişəcək futbolçunun olmamağı sizi narahat etmir?
- Ehtiyatda ikinci heyət olmalıdı. Bu, yaralı yerimizdi. Yox deməzdim, amma buna yaxındı. Ən yaxşı oyunçularımız Əfran və Cabirdi. Əfran bu gün yaxşı təsir bağışladı. Formasını bərpa etdikdən sonra daha çox köməyi dəyəcək.