22 Sentyabr 2019, 21:08
MPL
"Neftçi" yaxşı komandadı. Hər iki komanda qələbəyə oynayırdı. Qalib gəlmək üçün çalışdıq, ancaq alınmadı. Nəticə bizi qane edir". Matc.az xəbər verir ki, bunu "Keşlə"nin futbolçu Con Kamara Premyer Liqanın V turunda "Neftçi" ilə səfərdə qolsuz heç-heçədən sonra deyib.
Syerra-Leonedən olan yarımmüdafiəçinin sözlərinə görə, bir xal qazandıqları üçün məmnundular: "Neftçi" azlıqda olsa da, qol vura bilərdi. Əsas oduki, bu gün güclü rəqiblə səfər oyununda xal qazandıq".