AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının heyəti müəyyənləşib. Baş məşqçi Zlatko Daliç gələn ay keçiriləcək iki oyunun iştirak ərizəsini açıqlayıb.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının heyəti müəyyənləşib. Matc.az saytı xəbər verir ki, baş məşqçi Zlatko Daliç gələn ay keçiriləcək iki oyunun iştirak ərizəsini açıqlayıb.

Oktyabrın 10-da Macarıstan, 13-də isə Uelslə qarşılaşacaq dünya çempionatının finalçısının heyətində bəzi dəyişikliklər diqqət çəkib. Xüsusən də, İvan Rakitiçin yenidən yığmaya dönməsini vurğulamaq olar. Slovakiya (4:1) və Azərbaycanla (1:1) səfər oyunlarına çağırılmayan "Barselona"nın yarımmüdafiəçisi bu dəfə məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, əvvəlcə Macarıstanı qəbul edəcək xorvatlar üç gün sonra Uelsin qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest