"Qarabağ" Premyer Liqanın 5-ci turu çərçivəsində səfərdə "Zirə" üzərində inamlı qələbəyə sevinsə də, heyətlə bağlı ciddi itki ilə üzləşib. Matc.az saytının məlumatına görə, qarşılaşmanın sonlarında ispaniyalı yarımmüdafiəçi Xayme Romero zədə alıb.
 
çiynindən zədə alan futbolçu oyunu davam etdirə bilməyib. Həkimlər onun meydanı tərk etməsinə qərar veriblər. Bu üzdən də baş məşqçi Qurban Qurbanov Xaymenin əvəzində 84-cü dəqiqədə meydana Toral Bayramovu buraxıb.
 
Qeyd edək ki, ilk yarıda "Zirə"nin müdafiəçisi Miloş Bakraç da zədələnib və onu Tellur Mütəllimov əvəzləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest