Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Azərbaycan Premyer Liqasının V turunda "Zirə"nin qonağı olan Ağdam klubu 3:1 hesablı qələbəyə sevinib

"Futbolçularımı təbrik edirəm". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Azərbaycan Premyer Liqasının V turunda "Zirə"nin qonağı olan Ağdam klubu 3:1 hesablı qələbəyə sevinib.
 
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun qalibiyyət şərhi belə olub: "Vacib qələbə qazandıq. Futbolçular matça tam ciddi hazırlaşmışdılar və bizim üçün vacib olan 3 xalı əldə etdik".
 
- Son iki oyunda cərimə zərbəsindən 2 top buraxmısınız. Bununla bağlı qapıçı məşqçisi ilə danışmaq fikriniz varmı, yoxsa bu, təsdüfdü?
- Məncə, zərbəni vuranlar dəqiq yerinə yetiriblər.
 
- Xayme Romeronun hazırkı durumu necədi?
- Deyəsən, durumu yaxşı deyil. Ola bilsin ki, zədəsi ciddidi.
 
- Digər zədəlilər Mahir Emreli və Rahil Məmmədovun hazırkı vəziyyəti nə yerdədi?
- Fərdi məşqlərə başlayıblar. Mahir ola bilsin ki, komandaya daha tez qoşulsun.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest