"Zirə"nin qapıçısı Boyan Zoqoviç Premyer Liqanın V turunda evdə "Qarabağ"a uduzduqları (1:3) oyundna sonra brifinq keçirib. Matc.az xəbər verir ki, 30 yaşlı monteneqrolu qolkiper öncə oyun barədə danışıb. 
 
- Nəticə "Zirə" adına yaxşı olmadı. Rəqibimiz Avropa Liqasında mübarizə aparan komanda idi. Hesab isə yaxşı deyildi. Qarşıdakı oyunlara baxmalıyıq. çünki "Keşlə" və "Qəbələ" ilə gərgin oyunlar bizi gözləyir.
 
- Fasilədən sonra göstəridiyiniz oyunu niyə ilk hissədə sərgiləyə bilmədiniz?
- Nəzərəçarpacaq amil idi. üç qolu demək olar, heç nədən buraxdıq. Növbəti günlərdə oyunu analiz edib, məşqçilərimizlə səhvlərin üzərində işləyəcəyik.
 
- Bu gün "Zirə" "Qarabağ"ın adından çəkindi?
- Xeyr, qorxu deyildi. Futbolda hər iki komandada 11 futbolçu olur. öz oyunumuzu sərgiləməyə çalışdıq. Təbii ki, rəqib "Qarabağ" idi. Növbəti oyunlarda uda biləcəyimizə ümid edirəm.
 
- "Qarabağ" maksimum göstərici ilə liderdi. Digər komandaların 2-ci yer uğrunda mübarizə aparacağını düşünmək olar?
- "Qarabağ" həqiqətən də Azərbaycanın ən güclüsüdü. Bəlkə də digər yeddi klubun səviyyəsi müəyyən qədər bir-birinə yaxındı. "Qarabağ" digər səviyyədə olan klubdu. Bizim öz oyun tərzimiz var. "Sabah" və "Neftçi"yə qarşı layiqli mübarizə aparmışdıq. Növbəti oyunlarda da eynisini göstərməyə çalışacağıq.
 
- Bu mövsüm sizin meydanda olduğunuz iki oyunda "Zirə" uduzub.
- Bəli (gülür). Səbəbini bilmirəm ki, nədən irəli gəlir. Bu barədə nə deyəcəyimi bilmirəm.
 
- "Qarabağ"ın qapıçısı Asmir Beqoviç barədə nə söyləyə bilərsiniz?
- Münasibətim olan qapıçılardan biridi. İngiltərə Premyer Liqasında çıxış etmiş qolkiperdi. Olduqca təcrübəlidi. Yəqin ki, onunla sabah oyunla bağlı fikirlərimizi bölüşərik. İlk dəfədi ki, Azərbaycandadı. Mənə dedi ki, "Zirə"nin stadionunun ot örtüyü çox yaxşı və ürəyəyatandı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest