AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində gələn ay keçiriləcək Macarıstan - Azərbaycan oyunu azarkeşsiz oynanılacaq. Buna səbəb macar azarkeşlərin Slovakiya ilə son ev matçındakı davranışları olub. Sentyabrın 9-da Budapeştdə baş tutan görüş (1:2) azarkeşlər arasında ciddi insidentə səbəb olub.

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində gələn ay keçiriləcək Macarıstan - Azərbaycan oyunu azarkeşsiz oynanılacaq. Matc.az saytının məlumatına görə, buna səbəb macar azarkeşlərin Slovakiya ilə son ev matçındakı davranışları olub.

Sentyabrın 9-da Budapeştdə baş tutan görüş (1:2) azarkeşlər arasında ciddi insidentə səbəb olub. Həmçinin irqçi davranışlar səbəbindən oktyabrın 13-də Budapeştdə keçiriləcək Macarıstan – Azərbaycan qarşılaşması azarkeşlərsiz baş tutacaq.

UEFA eyni zamanda Rumıniya və qrupumuzdakı digər komanda olan Slovakiyaya da eyni cəzanı tətbiq edib. Oktyabrın 10-da keçiriləcək Slovakiya – Uels qarşılaşması da boş tribunalar önündə olacaq.

UEFA həmçinin Rumıniya, Macarıstan və Slovakiya futbol federasiyalarını müvafiq olaraq 83 min, 67 min 125 və 20 min avro məbləğində cərimələyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest