AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə Bakıdakı qarşılaşmada zədələnən Luka Modriç artıq sağalıb. Ulduz futbolçu "Real"da kollektivlə birlikdə məşqlərə başlayıb. Bu isə Zinəddin Zidan qədər xorvatların çalışdırıcısı Zlatko Daliçi də sevindirir.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə Bakıdakı qarşılaşmada zədələnən Luka Modriç artıq sağalıb. Matc.az saytının Xorvatiya mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu "Real"da kollektivlə birlikdə məşqlərə başlayıb.

Bu isə Zinəddin Zidan qədər xorvatların çalışdırıcısı Zlatko Daliçi də sevindirir. O, gələn ay seçmə mərhələnin həlledici oyunlarında 34 yaşlı orta sahə oyunçusunun xidmətinə ehtiyac duyur. Lakin Zidan zədəsini yenicə sağaldan aparıcı futbolçusunun milliyə çağırılmasının əleyhinədi. Fransalı mütəxəssis bunun qarşısının alınması üçün rəhbərliyə təlimat verib. O, futbolçusunun yenidən zədələnməsindən ehtiyatlanır.

Digər tərəfdən Daliç də kapitana dəvət göndərmək qərarında qətidi. O, ən azı Macarıstanla qarşılaşmada Modriçin meydanda olmasını istəyir. Məhz həmin görüşdəki performansına görə, yarımmüdafiəçinin Uelslə səfər oyununda meydana çıxıb-çıxmayacağı müəyyənləşəcək.

Qeyd edək ki, oktyabrın 10-da Splitdə Macarıstanı qəbul edəcək Xorvatiya yığması 3 gün sonra Kardiffdə Uelsin qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest