AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Macarıstan yığmasının qarşıdakı oyunlar üçün heyəti gələn həftə müəyyənləşəcək. Baş məşqçi Marko Rossi sentyabrın 30-da gələn aykı görüşlərin iştirak ərizəsini açıqlayacaq.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Macarıstan yığmasının qarşıdakı oyunlar üçün heyəti gələn həftə müəyyənləşəcək. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Marko Rossi sentyabrın 30-da gələn aykı görüşlərin iştirak ərizəsini açıqlayacaq.

İtaliyalı mütəxəssisin ilkin deyil, yekun heyəti ictimaiyyətə təqdim etməsi gözlənilir. Oktyabrın 10-da Xorvatiyanın qonağı olacaq macarlar bundan 3 gün sonra Azərbaycan millisini Budapeştdə qəbul edəcək.

Qeyd edək ki, 5 oyunda 9 xal toplayan Macarıstan yığması 3-cü pillədə qərarlaşıb. Millimizin aktivində isə cəmi 1 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest