Bu gün Bakı Olimpiya Stadionunda Aç-2020 Bakı Könüllülər Proqramın səfirinin təqdimatı keçirilib. Matc.az xəbər verir ki, səfir tanınmış videoblogger və aktyor Taleh Yüzbəyovdu. 
 
Proqramın səfiri olaraq Yüzbəyov könüllülərlə bağlı müxtəlif tədbirlərdə, oktyabr ayından etibarən ali məktəb tələbələri ilə keçirləcək silsilə görüşlərdə iştirak edəcək.
 
Qeyd edək ki, Aç-2020-nin Könüllülər Proqramının səfiri ilə bağlı UEFA-nın əsas tələblərindən biri səfirin sosial mediada aktiv olması və geniş ictimaiyyət tərəfindən tanınmış şəxs olmasıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest