27 Sentyabr 2019, 21:16
MPL
"Mahir Emrelinin həmin görüşə qədər fiziki durumuna baxacağıq. Rəşad Sadıqovun bir az temperaturu vardı. Ona görə bu gün meydana buraxmadıq. Onunla bağlı problem yoxdu"
"Futbolçularımı təbrik edirəm. çox ağır qrafikdəyik. Futbolçuları hər oyuna motivasiya etmək çətindi. Həm fiziki, həm də psixoloji yorğunluq var. Bu gün bunu hiss etdim və normal qəbul edirəm". Matc.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın VI turunda evdə "Sumqayıt"ı 2:0 hesabı ilə üstələdikləri matçdan sonra söyləyib.
47 yaşlı mütəxəssisin sözlərinə görə, futbolçuları oktyabrın 3-də Avropa Liqasının II turunda Lüksemburqda "Düdelanj"la oyuna qədər tam hazır etməyə çalışacaqlar: "Mahir Emrelinin həmin görüşə qədər fiziki durumuna baxacağıq. Rəşad Sadıqovun bir az temperaturu vardı. Ona görə bu gün meydana buraxmadıq. Onunla bağlı problem yoxdu. Səfərdə qalib gəlmək istəyirik. "Düdelanj"ın Kiprdə APOEL-i 4:3 hesabı ilə məğlub etməsi bizə ciddi düşünməyə əsas verir. Biz bütün oyunlara qələbə üçün çıxırıq. Rəqib buna nə qədər imkan verəcək, bunu zaman göstərəcək".