29 Sentyabr 2019, 22:02
MPL
"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
- Hər iki komandada gərginlik vardı, bunu əsasən də ikinci hissədə öz komandada gördüm. Fasilədə taktiki gedişlərdə bəzi dəyişiklik etdik, bunun da bəhrəsini gördük. Yaxşı oyun göstərərək, vacib 3 xal qazandıq. Hər iki komandanın ifasında yaxşı oyun oldu. Daha istəkli, daha yaxşı oyun göstərmək istəyirik. Futbolçuları təbrik edirəm.
- Futbolçular naharda nə yemişdilər?
- Biz komandamızı sözlə motivasiya edirik. Bu motivasiyanın da əsası odu ki, biz heç kimdən zəif deyilik.
- Deyəsən, bu sxemlə ilk dəfə çıxış edirdiz.
- Həftə ərzində məşqlərə baxıb, futbolçuları analiz edirik. Artıq komandada rəqabət var. Ruslan Qurbanovun təcrübəsindən istifadə edib, hücumun sonluğunu gətirmək üçün belə üsula əl atmışdıq.