"Bu, bizim üçün çox önəmli qalibiyyət idi. Qələbəni mövsümün əvvəlindən gözləyirdik. 3 xal qazandığımız üçün həddindən artıq çox xoşbəxtik"

"Sabah"ın futbolçusu Amadu Diallo Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az saytının məlumatına görə, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
 
"Bu, bizim üçün çox önəmli qalibiyyət idi. Qələbəni mövsümün əvvəlindən gözləyirdik. 3 xal qazandığımız üçün həddindən artıq çox xoşbəxtik".
 
25 yaşlı oyunçu bildirib ki, kollektiv hazırkı əhval-ruhiyyəni saxlamalıdı: "Belə oynamağa davam etməliyik. Matçda qələbə qazanmaq istəyirdik. Birinci qoldan sonra müdafiəyə çəkilmədik. İki və daha çox qol vurmaq istəyirdik. Düşünürəm ki, komandadakı qələbə yanğısı normaldı".
 
Diallo "Sabah"ın uğursuzluq zolağından çıxa biləcəyinə inandığını söyləyib: "İnanıram ki, bu qələbə növbəti uğurların başlanğıcı olacaq. Bu şəkildə davam edəcəyik".
 
Amadu öz oyunu barədə də fikirlərini səsləndirib: "Artıq kollektivə uyğunlaşmışam. Komanda yoldaşlarımla bir-birimizi daha yaxşı tanımağa başlayırıq. İnanıram ki, gələcəkdə daha da yaxşı olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest