AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində gələn ay Xorvatiya və Azərbaycan milliləri ilə qarşılaşacaq Macarıstan yığmasının ilkin heyəti müəyyənləşib. Matc.az saytının məlumatına görə, baş məşqçi Marko Rossi qarşıdakı iki oyunda xidmətindən yararlanacağı oyunçuların adlarını açıqlayıb.
İtaliyalı mütəxəssis 26 oyunçuya dəvət göndərib. Bunlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 7-si yarımmüdafiəçi, 8-i isə hücumçudu.
Qapıçılar: Dibuş Deneş ("Ferentsvaroş"), Peter Qulaşi ("Leypsiq", Almaniya), Adam Kovaşik ("Videoton");
Müdafiəçilər: Barat Botond ("Sportinq Kanzas", ABŞ), Bese Benabaş ("Havr", Fransa), Tamaş Kadar ("Dinamo", Kiyev, Ukrayna), Mixay Korxut ("Aris", Yunanıstan), Adam Lanq ("Omoniya", Kipr), Gerqo Lovrençiç ("Ferentsvaroş"), Tamaş Kristian ("Zalaeqerseq"), Orban Villi ("Leypsiq", Almaniya);
Qeyd edək ki, oktyabrın 10-da Splitdə Xorvatiyanın qonağı olacaq macarlar bundan 3 gün sonra Budapeştdə Azərbaycanı qəbul edəcək. Komanda oktyabrın 6-da bir araya gələcək və 9-da Splitə yola düşəcək.