"Təbii ki. Biz qalib gəldik. Narazı ola bilmərəm. Heç-heçə etmiş olsaydıq, xoşbəxt olmazdıq. Qələbə qazandıq. Meydana bunun üçün çıxmışdıq"

"Neftçi"nin futboluçusu Donald Gerye Azərbaycan Premyer Liqasının VII turunda "Səbail"i məğlub etdikləri (2:1) oyundan sonra brifinq keçirib. Matc.az xəbər verir ki, haitili müdafiəçi öncə bunları söyləyib: 
 
- Formaya düşməyin yeganə yolu çox çalışmaqdı. Bunu son müsahibəmdə də demişdim. çox çalışdıq və bu gün nəticəni gördünüz.
 
- Komandanın oyunundan razı qaldınız?
- Təbii ki. Biz qalib gəldik. Narazı ola bilmərəm. Heç-heçə etmiş olsaydıq, xoşbəxt olmazdıq. Qələbə qazandıq. Meydana bunun üçün çıxmışdıq.
 
- Komandaya uyğuğlaşmaqda probleminiz yoxdu? "Qarabağ" üçün darıxmırsınız?
- (gülür) Məncə, "Qarabağ" mənim üçün darıxır.
 
- "Qarabağ"ın oyunlarını izləyirsiz?
- Əlbəttə. Mən bu klubda oynamışam. Avropadakı oyunlarını izləyirəm.
 
- "Neftçi" qol burxadıqdan sonra müdafiədə oturdu. Bu komandanın öz meydanında müdafiəyə çəkilməsi nə deməkdi?
- Mən deməzdim ki qorxurduq. Biz də insanıq, yorula bilərik. Sona qədər vuruşduq, layiqli qələbə qazandıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest