AVRO-2020-nin seçmə mərhələsində Macarıstan və Uelslə qarşılaşacaq Xorvatiya yığmasında heyətlə bağlı problem azalıb. Xüsusən də, iki oyunçunun qayıtması məşqçilər korpusunu sevindirir.

AVRO-2020-nin seçmə mərhələsində Macarıstan və Uelslə qarşılaşacaq Xorvatiya yığmasında heyətlə bağlı problem azalıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, xüsusən də, iki oyunçunun qayıtması məşqçilər korpusunu sevindirir.

Baş məşqçi Zlatko Daliç ötən ay Azərbaycan millisi ilə Bakıda keçirilən görüşü buraxan yarımmüdafiəçilər İvan Rakitiç və Mateo Kovaçiçin kollektivə dönməsini dəyərləndirib. O, bununla yarımmüdafiə xəttinin əvvəlki gücünə qayıdacağını düşünür: "Rakitiç və Kovaçiçin qayıtmasına sevindim. Son səfər matçında onların yoxluğunu hiss etdik. Nikola Vlaşiç də əla formadadı. Yalnız zədəli Ante Rebiçin durumu bizi narahat edir".

Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da keçirilən Azərbaycan - Xorvatiya oyunu 1:1 hesabı ilə nəticələnib. Xorvatlar oktyabrın 10-da Macarıstan, 13-də isə Uelslə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest