AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan - Azərbaycan oyununa təyinat alan Dennis Hiqler azarkeşlərimiz üçün tanış referidi. Hollandiyalı ikinci dəfə Azərbaycan təmsilçisinin görüşündə ədaləti qoruyacaq.

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan - Azərbaycan oyununa təyinat alan Dennis Hiqler azarkeşlərimiz üçün tanış referidi. Matc.az saytının məlumatına görə, niderlandlı ikinci dəfə Azərbaycan təmsilçisinin görüşündə ədaləti qoruyacaq.

2017-ci ildən FIFA referisi olan Hiqler ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"nin "Uypeşt"lə Bakıdakı oyununu idarə edib. "Bakcell Arena"da "Neftçi"nin 3:1 hesabı ilə qalib gəldiyi matçda təmsilçimizin heyətində hazırda yığmada yer alan Emin Mahmudov sarı vərəqə alıb. Bu komandaların cavab qarşılaşmasında Budapeşt faciəsi yaşanmışdı (0:4).

ümumiyyətlə, Hiqler beynəlxalq arenada 16 görüşdə fit çalıb. 34 yaşlı referi bu oyunlarda 64 sarı, 2 qırmızı vərəqəyə əl atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest