AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Budapeştdə keçiriləcək Macarıstan - Azərbaycan oyunu boş tribunalar önündə oynanılmayacaq. Ev sahiblərini 14 yaşadək uşaqlar dəstəkləyəcək. Tribunalara yalnız uşaqlar buraxılacaq.
AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Budapeştdə keçiriləcək Macarıstan - Azərbaycan oyunu boş tribunalar önündə oynanılmayacaq. Matc.az saytının Macarıstan mətbuatına istinadən məlumatına görə, ev sahiblərini 14 yaşadək uşaqlar dəstəkləyəcək.
Slovakiya ilə qarşılaşmadakı irqçi davranışa görə macarlar cəzalandırıldığından, tribunalara yalnız uşaqlar buraxılacaq. "Qrupama Arena"ya nə qədər yeniyetmənin yığışacağı da məlumdu. Belə ki, 22 min tutuma malik stadionda oyunu 15 min uşaq izləyəcək. Onlar müxtəlif klublardan, məktəblərdən qeydiyyata alınıb.
Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək oyun Bakı vaxtı ilə 20:00-da başlayacaq.